Modern.az

Bu komandanın 18 üzvündə korona tapıldı

Bu komandanın 18 üzvündə korona tapıldı

Aktual

9 Oktyabr 2020, 00:43

Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının 18 nümayəndəsinin koronavirus testi müsbət çıxıb.

Modern.az  xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama verib. O bildirib ki, yoluxanların yarısı futbolçular, yarısı isə əməkdaşlardır. Onların hamısı özlərini təcrid edib.

Qeyd edək ki, daha əvvəl qapıçı Andrey Pyatov və yarımmüdafiəçi Taras Stepanenkonun testi müsbət nəticələnmişdi. Bu səbəbdən, "Şaxtyor" tam tərkibdə özünütəcrid rejiminə keçmişdi. Nəticədə Donetsk komandasının oyunçuları Ukrayna yığmasına yollana bilməmişdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV