Modern.az

“Ermənistan artıq səngərdə müharibə aparmaq iqtidarında deyil” - Deputat

“Ermənistan artıq səngərdə müharibə aparmaq iqtidarında deyil” - Deputat

Aktual

9 Oktyabr 2020, 09:24

“Qarabağ uğrunda davam edən hazırkı döyüşlər Azərbaycan xalqının gözləntilərinə tam uyğundur. Hamı torpaqlarımızın azad olunmasını həsrətlə gözlədiyi üçün bütün insanlarda çox böyük ruh yüksəkliyi müşahidə olunur”.


Bu sözləri Modern.az-a Göygöl rayonunun deputatı Elşad Mirbəşiroğlu rayon əhalisinin əhval-ruhiyyəsindən bəhs edərkən söyləyib:


“Cəmiyyətimizin hər bir üzvü ordumuz üçün bacardığını etməyə çalışır. Əminliklə deyə bilərəm ki, hər kəs döyüşə getməyə hazırdır. Təcavüzkar Ermənistan namərd bir düşmən olduğunu bir daha nümayiş etdirərək,  dinc sakinləri və mülki obyektləri də intensiv atəşə tutmaqdadır”.


Deputatın sözlərinə görə, cəbhədən 60 km uzaqda yerləşən Gəncə şəhərinə raket atılması göstərir ki, Ermənistan səngərdə müharibə aparmaq iqtidarında deyil:

“Bu təxribatçı addımlar, terror aktları, mülki əhaliyə qarşı 21-ci əsrin reallıqlarıyla uzlaşmayan zorakılıq faktları, vətəndaşlarımızda zərrə qədər də olsun panika yaratmır, ruh düşkünlüyünə səbəb olmur. Göygöl əhalisi də  olduqca böyük mətanət nümayiş etdirir, cəbhəyə hər cür dəstək göstərir. Bu halda odumuzun gücü daha da artır, torpaqlarımızın işğaldan azad edilmə prosesi daha da güclənir. Ayrıca olaraq, xalqımızın Ali Baş Komandanımıza və ordumuza olan böyük ümidini də vurğulamaq istəyirəm. Cəmiyyətdə ruh yüksəkliyini, inamı qoruyub saxlayan məhz budur. Bugün heç bir Azərbaycan vətəndaşında ordumuzun qələbə çalacağına  şübhə yoxdur. Qeyd etdiyim bu əhval-ruhiyyə Göygöl rayonunda da müşahidə olunur”.


Fidan Əli

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV