Modern.az

Venesuelada ABŞ sanksiyalarına əks-təsir qanunu qəbul ediləcək

Venesuelada ABŞ sanksiyalarına əks-təsir qanunu qəbul ediləcək

Aktual

9 Oktyabr 2020, 15:55

Venesuelanın Konstitusiya Assambleyası (KA) hökumətin Amerika sanksayilarının nəticələri ilə mübarizəyə dair qanun layihəsini qəbul edib.

Modern.az xəbər verir ki, bu haqda ölkənin vitse-prezidenti Delsi Rodriges deyib.


Siyasətçi sənədi təqdir etdiyinə görə assambleyaya təşəkkürünü bildirib:


“Xalqımızın xoşbəxtliyi və Venesuela sənayesinin müntəzəm şəkildə inkişafı naminə ”Antiblokada qanunu”nu qəbul etdiyi üçün müstəqil KA-ya təşəkkür edirəm”.


ABŞ-ın sanksiyalarına əks-təsir olaraq hazırlanmış qanun layihəsini Venesuelanın prezidenti Nikolas Maduro təqdim edib.

Sənəd hökumətə Venesuela aktivlərini ölkə daxilində və xaricində qorumaq, həmçinin iqtisadiyyatı dirçəltmək imkanı verəcək. Qanun layihəsi müxalifətin çoxluq təşkil etdiyi parlamentdə yox, KA-da müzakirəyə çıxarılıb.         

Venesuela və ABŞ arasındakı münasibətlər 2019-cu ilin yanvarında gərginləşib. Həmin dövrdə etiraz aksiyaları nəticəsində müxalifət lideri Xuan Quaydo özünü ölkə rəhbəri elan etmişdi. ABŞ yeni təyinatı qəbul etsə də, Rusiya, Çin və Meksika Maduronu dəstəklədilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV