Modern.az

“NEON MMMC” MMC Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min manat köçürüb

“NEON MMMC” MMC Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min manat köçürüb

Aktual

9 Oktyabr 2020, 19:23

“NEON MMMC” MMC işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bötüvlüyümüzün bərpası uğrunda canı bahasına mübarizə aparan, müqəddəs missiyasının icrasına başlamış Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min manat vəsait köçürüb.

 

Bu barədə Modern.az-a “NEON MMMC” MMC-dən məlumat verilib.

 

Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin komandanlığında tarix yazan, inamlı qələbəyə addımlayan Qüdrətli Ordumuz öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Artıq müqqədəs ordumuz bütün dünyaya öz gücünü və əzmini nümayiş etdirməkdədir.

 

“NEON MMMC” MMC-nin rəhbərliyi Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparan, adını müasir tariximizə qızıl hərflərlə yazdıran şanlı Azərbaycan Ordusu qarşısında baş əyir və Qüdrətli Ordumuzla hər zaman qürur duyduğunu bildirir. “NEON MMMC” MMC-nin rəhbərliyi inanır ki, Qüdrətli Ordumuz Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızı işğalçılardan tamamilə azad etmək üçün hərbi əməliyyatları sonadək uğurla davam etdirəcək və ən qısa zamanda bizi qələbə xəbərləri ilə sevindirəcək, ərazi bütovlüyümüzü təmin edəcək.

 

“NEON MMMC” MMC-nin kollektivi Prezident İlham Əliyevin qətiyyətli mövqeyini ürəkdən bəyənir, olduqca çoxşaxəli, tarixi və şərəfli fəaliyyətində daim uğurlar arzulayır.

 

Ulu Tanrı Azərbaycan Prezidentinə və xalqına onun müqəddəs mübarizəsində yar olsun.

 

Qarabağ Azərbaycandır!

 

Qeyd edək ki, “NEON MMMC” MMC qismən səfəbərlik əsasında xidmətə qoşulan əməkdaşlarının əməkhaqqını bu müddət boyunca tam olaraq ödəyəcək.

 

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV