Modern.az

Pakistan Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəkləyir

Pakistan Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəkləyir

Aktual

9 Oktyabr 2020, 21:40

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri, ordu generalı Nadim Raza ilə görüşüb.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Görüş zamanı BQRK-nin sədri iki ölkə arasındakı qardaşlıq əlaqələrinin möhkəm təməllər üzərində qurulmasından bəhs edərək, Pakistan Silahlı Qüvvələrinin BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəklədiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV