Modern.az

Prezident İlham Əliyev tarixin gedişini dəyişdi...

Prezident İlham Əliyev tarixin gedişini dəyişdi...

Aktual

9 Oktyabr 2020, 22:00

Dövlətimizin başçısı, Ali Baş komandan cənab İlham Əliyevin bütün çıxışları o cümlədən bu gün etdiyi xalqa müraciəti bizi axırıncı kəndimizin belə işğaldan azad olunmasına ruhlandırır. Bu ruh yüksəkliyinin qarşısında bizi istəməyən heç bir qüvvə dayana bilməz. Prezidentin qələbə əhval-ruhiyyəsi ilə Xalqımızın qələbə əhval - ruhiyyəsi tamamilə üst-üstə düşür. Ermənilər 100 ildən çoxdur ki, bizi təhdid edirlər. Qərbi Azərbaycandan insanlarımız dədə-baba yurdlarından didərgin salındılar. Xocalı soyqırımı törətdilər. Şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan etdilər. İndi bu qisası onlardan alırıq. Öz torpaqlarımızdan bu barbarları çıxarırıq. Böyük filosof  Karl Popper deyirdi ki, tarixin gedişini sərkərdələr, hökmdarlar dəyişir. Biz bu gün o anları yaşayırıq. İlham Əliyev tarixin gedişini dəyişdi. Böyük siyasi xadim, qüdrətli sərkərdə kimi bizi amansız düşməndən xilas edir.


İkinci Dünya müharibəsində Çörçill İngiltərədə indi də məşhur olan kəlamla xalqa müraciət etmişdir: «Biz öz adamızı nəyin bahasına olursa olsun qoruyacağıq. Biz sahil boyu, aerodromlarda, meydanlarda, küçələrdə, dağlarda döyüşəcəyik. Biz heç vaxt təslim olmayacağıq».


Tarix təkrarlanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz qüruru ilə misilsiz iradəsi ilə Azərbaycan Xalqını yüksəklərə qaldırdı: “Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi yeni təmas xətti deyirlər olacaq. Olmayacaq. Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu. Biz dağıtmışıq, biz etmişik. İradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq”.


Biz də Sizə arxalanırıq cənab Prezident!  


Qarabağ üçün düşünülmüş, torpaqlarımızı işğalda saxlamağa yönəlmiş məkrli niyyətləri darmadağın etdiniz.


Qarabağımız üçün düşünülmüş bütün şübhəli anlayışları alt-üst etdiniz. Çağımızda Prezident - Xalq Birliyinin əbədiliyini və möhtəşəmliyini yarada bildiniz.
Bu Birliyin də qabağında heç kim heç nə edə bilməz...


Qarabağ –Azərbaycandır! Prezident İlham Əliyev.

 

Etibar Əliyev,

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV