Modern.az

Türkiyədə daha 55 nəfər  koronavirusdan dünyasını dəyişib

Türkiyədə daha 55 nəfər  koronavirusdan dünyasını dəyişib

Aktual

9 Oktyabr 2020, 23:10

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 55 nəfər dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 115 295 şübhəli koronavirus testindən keçib, onlardan 1629-nun cavabı pozitiv çıxıb, 1402 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1389 nəfər olub.

Türkiyədə, ümumilikdə, 332 382 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8722 nəfər ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV