Modern.az

Ermənilər bu ölkədə də təxribata cəhd etdi

Ermənilər bu ölkədə də təxribata cəhd etdi

Aktual

9 Oktyabr 2020, 23:34

Erməni şovinistləri ilə bolqar millətçi və marjinal qrupları Azərbaycanın Sofiyadakı səfirliyinin önündə təxribat törətməyə cəhd göstərib.

Modern.az xəbər verir ki, paytaxt Sofiyada 100-ə yaxın erməni şovinisti, az sayda bolqar millətçisi və marjinal qrup üzvləri Azərbaycanın Bolqarıstandakı səfirliyinin önündə aksiya keçirib. Video və foto materiallardan aydın olur ki, erməni şovinistləri və bolqar millətçiləri, əsasən, Ermənistan, az sayda Bolqarıstan bayrağını, kiçik bir hissə isə separatçı rejimin “rəmzi”ni daşıyıblar. Plakatlarda Azərbaycan əleyhinə böhtanlar və “Qarabağ Ermənistandır” cəfəngiyyatı yazılıb. Aksiyaya Bolqarıstanın müxtəlif bölgələrindən olan ermənilər də qoşulublar.

Axar.az xəbər verir ki, həmin gün millətçi siyasi partiya olan Bolqarıstan Milli Qurtuluş Cəbhəsi (NFSB) separatizmi dəstəkləyən bəyanatla çıxış edib. Xatırladaq ki, NFSB-in sədri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə dəfələrlə səfər etmiş və hazırda Bolqarıstan Xalq Məclisinin sədr müavini olan Valeri Simeonovdur. Hər iki partiya hakim GERB partiyası ilə koalisiya hökumətində təmsil olunur.

Digər bir maraqlı fakt isə dövlətə məxsus Bolqarıstan Milli Radiosu (BNR) və Bolqarıstan Milli Televiziyası (BNT) başda olmaqla, ölkədəki əksər media qurumlarının erməni icmasının təxribatını geniş işıqlandırması olub. Araşdırmalarımız zamanı müəyyən olunub ki, BNR və BNT də daxil olmaqla, bir sıra media qurumları Azərbaycan səfirliyinin bəyanatına istinad etməyib. Azərbaycan tərəfinin mövqeyinin dərc edilməsi üçün səfirlik tərəfindən media qurumlarına rəsmi bəyanat göndərilib və işıqlandırılması tələb olunub. Eyni zamanda, apardığımız araşdırmaya əsasən bildiririk ki, Azərbaycan səfirliyi əvvəlcədən görülmüş qabaqlayıcı tədbirlər nəticəsində təxribatın planlaşdırılmış zamandan erkən yekunlaşdırlmasına nail olub. Belə ki, səfirlik tərəfindən əvvəlcədən plakat və şəkillər çap olunub, hərbi vətənpərvərlik mahnıları seçilib və səsgücləndirici qurğular sifariş edilib. Xüsusilə, effektiv səsgücləndiricilər vasitəsilə Azərbaycan, Qarabağ və hərbi vətənpərvərlik mahnıları ifa olunmaqla aksiya iştirakçıları məyus edilib. Vəziyyətin çıxılmazlığından hiddətlənən erməni şovinistləri səfirliyə doğru irəliləmək istəyib, lakin polis qüvvələri tərəfindən qarşıları alınıb. İstəklərinə nail ola bilməyən erməni icmasının üzvləri və marjinal qruplar tədricən dağılmağa başlayıb və icazənin 3 saat üçün alınmasına baxmayaraq, onlar 1 saat ərzində aksiyanı başa çatdırmalı olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV