Modern.az

Müdafiə Nazirliyi: “Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır”

Müdafiə Nazirliyi: “Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır”

Aktual

10 Oktyabr 2020, 11:20

Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır.

 

Modern.az-ın məlumatına görə Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir.

 

Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV