Modern.az

Yol qəzasında 12 nəfər öldü

Yol qəzasında 12 nəfər öldü

Aktual

11 Oktyabr 2020, 00:19

Cənubi Afrika Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, bu barədə yerli “eNCA” televiziya kanalı məlumat yayıb.

Hadisə Kvazulu-Natal vilayətində qeydə alınıb. Belə ki, sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində 12 sərnişin ölüb, 6-sı isə xəsarət alıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar