Modern.az

Türkiyənin Təhsil naziri də Ermənistanı qınadı

Türkiyənin Təhsil naziri də Ermənistanı qınadı

Aktual

11 Oktyabr 2020, 18:12

Bir daha atəşkəsi pozaraq dinc əhalini hədəf alan, müharibə və insanlıq cinayətləri törədən Ermənistanı qınayırıq.

 

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk şəxsi “Twitter” hesabında ermənilərin Azərbaycana növbəti hücumu ilə bağlı açıqlamasında bildirib.

 

Açıqlamada deyilib: “Bu hücum nəticəsində qardaş Azərbaycanda həlak olanlara Allahdan rəhmət, yaralılara sağlamlıq diləyirəm. Başımız sağ olsun”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!