Modern.az

Tacikistandakı prezident seçkilərinin nəticələri elan olunacaq

Tacikistandakı prezident seçkilərinin nəticələri elan olunacaq

Aktual

12 Oktyabr 2020, 07:16

Oktyabrın 11-də Tacikistanda növbəti prezident seçkiləri keçirilib.

Modern.az xəbər verir ki, Tacikistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə seçicilərin 70 faizi iştirak edib. Seçkilərin ilkin nəticələri 24 saat ərzin elan olunacaq.

Seçkilərdə hazırki prezident Emoməli Rəhmonla yanaşı, daha 4 namizəd mübarizə aparıb.

Bu, ölkənin müstəqillik tarixində altıncı prezident seçkiləridir. Bu seçkilərin dördündə Emoməli Rəhmon qalib gəlib.

Ölkədə dövlət başçısı 7 il müddətinə seçilir. Emoməli Rəhmon 1992-ci ildən Tacikistana rəhbərlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV