Modern.az

Saxta içkidən zəhərlənərək ölənlərin sayı 32-yə çatıb

Saxta içkidən zəhərlənərək ölənlərin sayı 32-yə çatıb

Aktual

12 Oktyabr 2020, 21:40

Türkiyədə saxta içkidən zəhərlənərək ölənlərin sayı 32-yə çatıb.

Modern.az xəbər verir ki, zəhərlənmələrin qeydə alındığı Kırıkkale, İzmir, Mersin, İstanbul və Muğla vilayətlərində daha 33 nəfərin müalicəsi davam edir. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı ölkə üzrə genişmiqyaslı araşdırmalar aparılır. Tədqiqatların ilkin nəticələrinə əsasən 20 tona yaxın saxta içki aşkarlanıb. Saxta içkilərin hazırlanmasında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV