Modern.az

ÜST koronavirusa qarşı kütləvi immunitet ideyasını tənqid etdi

ÜST koronavirusa qarşı kütləvi immunitet ideyasını tənqid etdi

Aktual

13 Oktyabr 2020, 08:17

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı kütləvi immunitet ideyasını tənqid edib.

 

Modern.az “RİA Novosti”yə istinadən  məlumat verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adhanom Qebreyesus bildirib.

 

“Kütləvi immunitet vaksinasiya zamanı istifadə olunan əhalinin virusdan qoruna biləcəyi konsepsiyadır. Məsələn, kütləvi immunitetin yaranması üçün əhalinin 95 faizi vaksinasiya olunmalıdır. Digər beş faiz isə vaksinasiya olunmuş insanlar arasında virus yayılmayacağı üçün müdafiə olunacaqlar”, - deyə T.Qebreyesus bildirib.

 

Beləliklə kütləvi immunitet yoluxma ilə deyil, vaksinasiya ilə əldə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV