Modern.az

“Dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq” - Kəmaləddin Heydərov

“Dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq” - Kəmaləddin Heydərov

Aktual

13 Oktyabr 2020, 12:30

“Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş, dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək”.

 

Modern.az xəbər verir ki, bunu Gəncə şəhərində jurnalistlərə açıqlamasında Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

 

Onun sözlərinə görə, bəzi insanlara evlər veriləcək və çəkdiyi zərərlər ödəniləcək:

 

“Bununla bağlı Gəncə camaatının heç bir narahatlığı olmamalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...