Modern.az

Qırğızıstan parlamenti yeni spikerini seçdi

Qırğızıstan parlamenti yeni spikerini seçdi

Aktual

13 Oktyabr 2020, 19:00

Qırğızıstan parlamentinin deputatları “Qırğızıstan” fraksiyasını lideri Kanat İsayevi yeni spiker seçiblər.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, İsayev bu vəzifəyə yeganə namizəd olub. Parlamentin əvvəlki spikeri Dastanbek Cumabekov oktyabrın 6-da repsublikada kütləvi etirazlar fonunda istefa vermişdi.

 

Qeyd edək ki, Qırğızıstanda parlament seçkiləri oktyabrın 4-də keçirilib. Seçici fəallığı 56,5% olub. Qanunverici orqana 16 siyasi partiyadan 4-ü daxil ola bilib: “Birimdik” (“Birlik”), “Mekenim Kırqızıstan” (“Doğma Qırğızıstan”), “Kırqızıstan” (“Qırğızıstan”), “Butun Kırqızıstan” (“Vahid Qırğızıstan”).

 

Seçkilərin nəticələri elan olunduqdan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə Baş nazir Kubatbek Boronov istefa verib.

 

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!