Modern.az

Xorvatiyanın eks-Prezidenti İlham Əliyevə məktub göndərdi

Xorvatiyanın eks-Prezidenti İlham Əliyevə məktub göndərdi

Aktual

15 Oktyabr 2020, 14:06

2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti olmuş Stepan Mesiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

 

Modern.az həmin məktubu təqdim edir:

 

“Yeni döyüşlər və açıq silahlı hücum haqqında xəbəri böyük narahatlıqla oxudum. Dinc əhali arasında həlak olanlar, yaşayış evləri, xəstəxanalar və məktəblər də daxil olmaqla, bir çox ictimai binaların dağılması haqqında xəbərlər məni dərindən kədərləndirdi. Mən dinc əhaliyə qarşı güc tətbiqini şiddətlə qınayıram.

 

Bütün bunlarla əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

 

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV