Modern.az

Türkiyə XİN-dən ermənilərin qəbiristanlığı atəşə tutması ilə bağlı BƏYANAT

Türkiyə XİN-dən ermənilərin qəbiristanlığı atəşə tutması ilə bağlı BƏYANAT

Aktual

16 Oktyabr 2020, 06:55

Türkiyə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış rayonlarının atəşə tutulmasını qətiyyətlə pisləyir.

 

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyə XİN-in Ermənistan silahlı qüvvələrinin növbəti artilleriya atəşindən sonra Azərbaycanın dinc sakinləri arasında qurbanların olması ilə bağlı bəyanatında deyilir.

 

Nazirlikdə cümə axşamı Azərbaycanın Tərtər rayonunun qəbiristanlıqlarının birində dəfn iştirakçılarının atəşə tutulması, dörd dinc sakinin həlak olması faktına diqqət çəkilib.

 

“Ermənistan humanitar barışıq haqqında oktyabrın 10-da qəbul olunmuş razılaşmanı kobud şəkildə pozur. Humanizm anlayışına yad olanlar Azərbaycanda olan qardaşlarımıza hətta vəfat edənləri dəfn etməyə belə imkan vermir. Son atəş hüquq normaları və ümumbəşəri dəyərlərlə hesablaşmayan Ermənistanın əsl simasını yenidən ifşa etdi”, - bəyanatda deyilir.

 

Sənəddə deyilir ki, Türkiyə Azərbaycanın qəhrəman xalqını bundan sonra da tam dəstəkləməkdə qərarlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV