Modern.az

65 yaşdan yuxarı olan təhsil işçiləri tədrisə cəlb olunmurlar - Nazir

65 yaşdan yuxarı olan təhsil işçiləri tədrisə cəlb olunmurlar - Nazir

Aktual

16 Oktyabr 2020, 12:03

Avqust ayının sonunda verilən qərara əsasən, 65 yaşdan yuxarı olan təhsil işçiləri tədrisə cəlb olunmurlar.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Emin Əmrullayev bildirib.


O qeyd edib ki, yaşı 65-dən yuxarı olan, nəticələrinə görə mükafatlandırılmış müəllimlərlə müqavilə müddəti uzadılıb:

 

“Amma heç bir halda onlar məktəbə və ali təhsil müəssisiələrində işə getmirlər.

 Ümid edirik ki, vəziyyət stabilləşdikdən sonra onlar normal olaraq işlərinə davam edə biləcəklər”.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...