Modern.az

Belarusun Nümayəndələr Palatasının sədrinə Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

Belarusun Nümayəndələr Palatasının sədrinə Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

Aktual

16 Oktyabr 2020, 15:30

Azərbaycan tərəfinin təşəbbüsü ilə ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov Belarus Respublikasının Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb.

 

Səfirlikdən Modern.az bildiriblər ki, tərəflər ikitərəfli münasibətlər və beynəlxalq gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Görüşdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti hərbi təcavüzü, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət və bununla əlaqədar Azərbaycan tərəfinin həyata keçirdiyi təhlükəsizlik tədbirləri barədə danışılıb. Həmçinin tərəflər strateji tərəfdaşlıqdan irəli gələn öhdəliklər və münasibətlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Belarusun Nümayəndələr Palatasının internet səhifəsində görüş barədə məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV