Modern.az

Türkiyənin vitse-prezidentindən Ermənistana xəbərdarlıq: “Heç bir insanlıq cinayəti cəzasız qalmayacaq”

Türkiyənin vitse-prezidentindən Ermənistana xəbərdarlıq: “Heç bir insanlıq cinayəti cəzasız qalmayacaq”

Aktual

17 Oktyabr 2020, 04:56

“Bunun adı xainlik, qorxaqlıq, haqq-hüquq tanımamaqdır”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tvitter hesabında yazıb. 

 

O bildirib ki, hərbi cinayətlər törədən terrorçu və işğalçı dövlət Ermənistan Gəncədə yaşlı, qadın, uşaq ayırmadan mülki insanları hədəf aldı.

 

“Kirli üzünü bir daha göstərdi. Hər mövzuda sözü olan beynəlxalq təşkilatların işğalçı Ermənistanın mülki insanları öldürməsinə səssiz qalması təəccüb doğurur. Heç bir insanlıq cinayəti cəzasız qalmayacaq. Can Azərbaycanın daha da güclü şəkildə yanında olmağa davam edəcəyik”, - deyə qardaş ölkənin vitse-prezidenti bildirib.

 

Turan ASLAN

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...