Modern.az

Gəncədə təbii qaz təchizatı bərpa olunub

Gəncədə təbii qaz təchizatı bərpa olunub

Aktual

17 Oktyabr 2020, 15:01

“Azəriqaz” İstehsalat Birliyinin qərargahına gecə saatlarında daxil olan məlumata görə, oktyabrın 17-də saat 00:50-də düşmən tərəfindən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə təbii qaz təminatı dayandırılıb.

 

Birlikdən Modern.az-a bildirilib ki, saat 07:35-də Gəncə şəhərində 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub. Hadisə baş verən M.Hacıyev və M.Axundzadə küçələrində 9 abonentin ünvanı isə artıq yoxdur.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV