Modern.az

Türkiyədə terror aktının qarşısı ən son anda alındı

Türkiyədə terror aktının qarşısı ən son anda alındı

Aktual

18 Oktyabr 2020, 07:58

Türkiyənin Qazi Antep şəhərində planlaşdırılan təhlükəli terror aktının qarşısı ən son anda alınıb.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, vətəndaşlar Şəhid Kamil rayonunda yerləşən Karşıyaka Polis Mərkəzinin qarşısında park edilmiş avtomobilin altındakı bağlamadan şübhələniblər.

 

Çağırış yerinə gələn polis əməkdaşları avtomobilin altına itələnmiş çantada üç hissədən ibarət 1.2 kiloqram ağırlığında partlayıcı aşkar ediblər. Əldə düzəldilən partlayıcı zərərsizləşdirilib.

 

Çantanı maşının altına qoymaqda şübhəli bilinən iki şəxs saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV