Modern.az

“Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir”

“Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir”

Aktual

18 Oktyabr 2020, 09:54

“Ermənistan quldur dövlət kimi davranır və onu dəstəkləyənlər qətliamın əsl günahkarlarıdır”.

 

Modern.az CNN TÜRK-ə istinadən xəbər verir ki, bu sözləri AK Partiyanın sözçüsü Ömər Çelik öz tvitter hesabında işğalçı Ermənistan ordusunun Azərbaycanda mülki insanlara qarşı törətdiyi terrora münasibətində bildirib.

 

“Liviyada kütləvi məzarlıqların arxasında gizlənənlər Azərbaycan torpağındakı mülki vətəndaşların öldürülməsini həyata keçirənlərdir. Ermənistan insanlığa qarşı etdiklərinə görə  günahkardır. Ermənistana dəstək verənlər keçmişdə Avropanın yaşadığı ağrıları başqa coğrafiyada yaşatmaqdan çəkinmirlər.

 

Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir”,- deyə Ö. Çelik qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV