Modern.az

Türkiyədə BƏƏ-yə işləyən casus saxlanıldı

Türkiyədə BƏƏ-yə işləyən casus saxlanıldı

Aktual

20 Oktyabr 2020, 16:28

Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinə casusluq etməkdə ittiham olunan şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” türkiyəli məmura istinadla yazır.

 

Onun sözlərinə əsasən, Türkiyənin xüsusi xidmət orqanları Birləşmiş Ərəb Əmirliklərinə casusluq etməkdə şübhəli bilinən İordaniya vətəndaşı, 45 yaşlı Əhməd əl-Astalı saxlayıb.

 

Məmur qeyd edib ki, Astalın işi Türkiyədəki siyasi vəziyyəti və sürgündə yaşayan ərəb müxalifləri izləyərək, ancaq ləqəbləri ilə tanıdığı əmirlik kuratorlarına topladığı məlumatları çatdırmaqdan ibarət idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV