Modern.az

“Serj Sarkisyan Azərbaycan üçün uşaq qatilidir” - Hikmət Hacıyev

“Serj Sarkisyan Azərbaycan üçün uşaq qatilidir” - Hikmət Hacıyev

Aktual

21 Oktyabr 2020, 10:38

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın Böyük Britaniyanın Independent nəşrində yayımlanan müsahibəsindəki fikirlərə cavab verib.

 

Modern.az-ın xəbərinə görə, H. Hacıyev özünün “Twitter” hesabında bildirib ki, S. Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir.

 

"O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”, - deyə H. Hacıyev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV