Modern.az

Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirildi - VİDEO

Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirildi - VİDEO

Aktual

20 Noyabr 2020, 14:16

Ermənistanın işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.

 

Dindarlar məsciddə azan verib, namaz qılıblar.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu