Modern.az

Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq 

Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq 

Dünya

Bu gün, 15:05

Noyabrın 7-də səhər saatlarında Ay və Venera 2026-cı il ərzində ən yaxın məsafədə görünəcək.

Modern.az “Forbes”ə istinadən xəbər verir ki, noyabrın 6-da Venera nazik Aypara ilə yanaşı müşahidə olunacaq. Növbəti gün isə cəmi 3 faiz işıqlanan Ay Veneradan bir dərəcədən də az məsafədə yerləşəcək.

Mütəxəssislər bu mənzərəni Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl, şərq və cənub-şərq istiqamətində açıq üfüqdən izləməyi tövsiyə edirlər.

Noyabrın 17-18-də Leonid meteor yağışının maksimum aktivliyi, noyabrın 21-də Merkurinin qərb elongasiyası, noyabrın 24-də isə super Ay hadisəsi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış