Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan yenidən məhkəmə zalına tibbi xərəkdə gətirilib.
Modern.az xəbər verir ki, vəkilləri Xaçatryana 2015-ci ildə onurğa kanalı stenozu diaqnozu qoyulduğunu bildiriblər. Müdafiə tərəfi sabiq nazirin qeyri-insani rəftara məruz qaldığını iddia edir.
Xaçatryan barəsində dörd cinayət işi başlanıb. İşlər üzrə dövlətə dəydiyi iddia olunan ümumi zərər təxminən 1,5 milyard dollar qiymətləndirilir. Sabiq nazir sentyabrın 2-də həbs edilib.