Ermənistanda keçirilən sorğunun iştirakçılarının yarıdan çoxu növbədənkənar parlament seçkilərinə ehtiyac olduğunu düşünür.
Modern.az xəbər verir ki, “Gallup”un sorğusuna qatılanların 33,6 faizi növbədənkənar seçkinin mütləq keçirilməli olduğunu, 17,1 faizi isə buna daha çox ehtiyac olduğunu bildirib.
Parlament seçkiləri qarşıdakı bazar günü keçirilsəydi, hakim “Vətəndaş müqaviləsi” partiyası 24,3 faizlə birinci olardı. “Güclü Ermənistan” 8,5 faizlə ikinci, “Ermənistan” bloku isə 6,7 faizlə üçüncü yerdə qərarlaşardı.
Hakim komandanın üzvləri arasında ən yüksək reytinq baş nazir Nikol Paşinyana (31,1 faiz) və xarici işlər naziri Ararat Mirzoyana (30 faiz) məxsusdur. Respondentlərin təxminən 30 faizi isə ölkə prezidentinin kim olduğunu bilməyib.
Sorğuda qiymətləndirilən institutlar arasında ən yüksək etimad göstəricisi Ermənistan Apostol Kilsəsinə məxsus olub – 59,1 faiz.