Modern.az

“Qazilərimiz canlı şəhidlərimizdir” – Azay Quliyev

“Qazilərimiz canlı şəhidlərimizdir” – Azay Quliyev

Aktual

Bu gün, 13:37

“İndi biz alnıaçıq, üzüağ, başımızı dik tutaraq qalib dövlətin xalqı və milləti kimi təmsil olunuruq".

Modern.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə deputat Azay Quliyev çıxış edərkən deyib.

O, qazilərə və onların ailə üzvlərinə təşəkkürünü bildirib, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Deputat qazilərin Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa diqqət çəkərək onları “canlı şəhidlərimiz” adlandırıb.

O bildirib ki, qazilər və şəhidlər elə bir şücaət göstəriblər ki, bu Qələbə beynəlxalq miqyasda regionun geosiyasi xəritəsini dəyişib.

"Uzun illər Azərbaycanın ən ağrılı məsələlərindən biri olan Qarabağ problemi beynəlxalq müstəvidə lazımi dəstəyi görməsə də, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində öz həllini tapıb. Qələbəmizdən sonra Cənubi Qafqazda münasibətlər sistemi də tamamilə dəyişdi”, – deyə o bildirib.

Azay Quliyev, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib, qurumun fəaliyyətsizliyinin və erməni işğalının legitimləşdirilməsinə yönələn yanaşmaların yolverilməz olduğunu diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış