Modern.az

Messi “Dinamo” ilə oyuna çıxmayacaq

Messi “Dinamo” ilə oyuna çıxmayacaq

Aktual

23 Noyabr 2020, 23:15

“Barselona” klubunun kapitanı Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Dinamo Kiyev”lə oyunun iştirak ərizəsinə salınmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Barselona” klubunun rəsmi feysbuk səhifəsində məlumat verilib.

 

İspaniya mətbuatı isə qeyd edir ki, komandanın baş məşqçisi Ronald Kuman Messi və De Yonqa istirahət verib. Buskes, Pike və Roberto isə zədəli olduqlarından komandasına kömək edə bilməyəcəklər. 

 

Araujo və Umtiti isə oyuna tam hazır deyil.

 

Xatırladaq ki, “Dinamo” - “Barselona” matçı noyabrın 24-də Kiyevdə keçiriləcək.

 

T.İSMAYIL

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu