Modern.az

Neftçalada yol qəzası - sürücü xəsarət aldı

Neftçalada yol qəzası - sürücü xəsarət aldı

Aktual

23 Noyabr 2020, 23:50

Neftçalada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində baş verib.

 

Həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Cəfərov Sənan Zakir oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı beton maneəyə çırpıb.

 

Nəticədə müxtəlif xəsarətlər alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu