Modern.az

Zaqatalada ferma və yük avtomobili yandı

Zaqatalada ferma və yük avtomobili yandı

Aktual

24 Noyabr 2020, 08:49

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 2000 m² olan fermanın yanar konstruksiyaları, içərisinə yığılan 20 ton ot bağlaması, 30000 ədəd taxtadan ibarət boş tara və yaxınlıqda dayanan “QAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!