Modern.az

PSJ Əşrəf Hakimini transfer edir

PSJ Əşrəf Hakimini transfer edir

Aktual

3 İyun 2021, 21:14

“Paris Sen-Jermen” (PSJ) komandası İtaliyanın “İnter” klubunun futbolçusu Əşrəf Hakiminin transferini başa çatdırmaq üzrədir.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın idman mətbuatı məlumat yayıb.

 

İyirmi iki yaşlı müdafiəçi Paris təmsilçisinə keçməyə razılıq verib. Tərəflərin keçid işlərini qısa müddətdə tam həll edəcəyi gözlənilir.

Ə.Hakimi ilə “Bavariya” və “Çelsi” klubları da maraqlanır. Futbolçunun satış qiymətinin 70 milyon avro olduğu bildirilir.

 

Qeyd edək ki, Ə.Hakimi başa çatan mövsümdə İtaliya çempionatında 37 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi