Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılmasına daima diqqət ayırırlar.
Artıq bildiyiniz kimi aprel ayının 1-dən Respublika üzrə sığorta haqlarının toplanmasına başlanılıb. Yalnız 2024-cü ildən pensiyaçılar və işsiz vətəndaşlar icbari tibbi sığorta haqları ödəyəcəklər. Qeyd edək ki, icbari tibbi sığortanın xidmətlər zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir ki, bu da təxminən 3550 xəstəlik diaqnozunu əhatə edir.
Nəzərdə tutulub ki, müalicəyə ehtiyacı olan pasientlər ilkin səhiyyə, ixtisaslaşmış, təcili, təxirəsalınmaz, stasionar, ambulator, labarator və diaqnostik-funksional xidmətlərin qiymətləri təsdiq olunmuş müəyyən prosedur qaydalar gözlənilməklə dövlət tərəfindən qarşılanacaqdır.
Onu da qeyd edək ki, ambulator müalicədən fərqli olaraq yalnız stasionar şəraitdə müalicə olunan pasientlərin dərman vasitələri pulsuz veriləcəkdir. Ambulator şəraitdə müraciət etmiş pasientlərə təyin olunan dərman vasitələrini apteklərdən özləri almış olacaqlar.
Gəlin baxaq görək tibbi statistikada stasionar və ambulaor müraciət edənlərin faiz nisbəti necədir!?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabatına əsasən, bütün ölkə üzrə iyun ayı üçün 592 990 nəfərə 1 004 000 müraciət əsasında vətəndaşlara 2 076 467 tibbi xidmət göstərilib. Göstərilən tibbi xidmətlərin 1 756 245-i ambulator, 320 222-si isə stasionar şəraitdə göstərilib.
Yalnız ambulator müraciət edənlərin sayı ümumi müraciət edənlərin təxminən 84.6%-ni təşkil edir. Ona görə də ambulator müraciət edən pasientlərə dərman vasitələrinin pulsuz verilməsi məntiqli görsənmir.
Digər bir səbəb kimi Respublikamızda dərman istehsalı demək olar ki, yoxdur duzdu gələcəkdə Pirallahı sənaye kompleksində dərman istehsalı nəzərdə tutulsada hazırda dərman vasitələri xaricdən gətirildiyindən satış qiyməti baha başa gəlir ona görə də bütün ambulator xəstələrə dərmanların pulsuz verilməsi hökumət üçün əlavə yük yarada bilər.
Böyük sığorta təcrübəsini keçmiş Avropa ölkərində bu kimi məsələlər necə tənzimlənir!?
Məsələn Qardaş Türkiyə Respublikasında ambulator yazılmış dərmanlar pulsuz ödənilir. Qardaş Türkiyəmizdə hər ayda sığorta haqqı 700 lirədir bizim pulla 140 m bu da illik 1680 manatdır kifayət qədər böyük məbləğdir.
Böyük Britaniyada dərman vasitələrinin pulsuz alınması üçün vətəndaş 4 və ya 12 ay müddətlik ilkin ödəniş sertifikatlarını əldə etməlidir.
Fransada dərman vasitələrinin pulsuz alınması müvafiq sosial müdafiə proqramları sayəsində mümkün olur.
Finlandiyada dərman vasitələrinin alınması üçün dövlət tərəfindən ildə vətəndaşlara 553 avro ödənilir.
Danimarkada dərman vasitələrinin pulsuz alınması yerli bələdiyyə hakimiyyətləri tərəfindən ödənilir.
Həmdə bundan başqa çox ölkələrdə məhdudlaşdırıcı qara və ağ siyahılar vardır ki, bu siyahilar vasitəsilə müəyyən məhdudiyyətlər nəzərə alınmaqla pulsuz tibbi və əczaçılıq yardımı göstərilir.
Koronavirusla mübarizədə əhalinin əsas narahatçılıqlarından ən əsası tibbi xidmətlərin səhiyyənin ayrı-ayrı qurumlarda olmasıdır ki, buda müəyyən ciddi sosial problemlərin meydana gəlməsinə səbəb olur.
TƏBİB-in İcbari Tibbi Sığorta Agentliyinin tabeliyində fəaliyyət göstərməsi bir qədər maraqlıdır. Cünki TƏBİB əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərməyə, İTSA-yi daha az vəsait xərcləməyə maraqlı olmalıdır. Ona görə bu qurumların birgə fəaliyyəti tibbi xidmətlərin keyfiyyətli olmasına zəmanət vermir.
Ona görə TƏBİB ya müstəqil publik qurum olmalı, ya da Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərsə daha məqsədəuyğun olmuş olar.
Nicat Xəlilov