Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Babazanlı yaşayış massivində sakinlərlə səyyar qəbul keçirib.
Modern.az xəbər verir ki, qəbul Babazanlı xeyir-şər evinin binasında təşkil olunub.
Səyyar qəbulun əsas məqsədi sakinlərin müraciət və təkliflərini yerində dinləmək, onları narahat edən problemlərin həlli istiqamətində tədbirlər görmək olub.
Qəbul zamanı Rüstəm Xəlilov rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, infrastruktur layihələri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Sakinlər onları narahat edən məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar. Rüstəm Xəlilov vətəndaşları fərdi qaydada dinləyərək səsləndirilən problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Rayon rəhbəri bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi dövlət qurumlarının fəaliyyətində əsas prioritetlərdəndir. O qeyd edib ki, hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun, obyektiv və şəffaf şəkildə araşdırılır.
Nəzarətə götürülən müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlərin görüləcəyi bildirilib.