Fransanın hazırkı dövlət başçısı və prezidentliyinə namizəd Emmanuel Makron televiziya debatından sonra rəqibi Marin Le Peni reytinq siyahısında geridə qoyub.
Modern.az xəbər verir ki, sorğuya əsasən, xalq Makronu 59%, Le Peni isə 39% qalib hesab edir.
Bununla yanaşı, respondentlərin 36%-i hazırkı dövlət başçısının fransızları birləşdirməyə qadir olduğuna, 31%-i Le Penin bu vəzifənin öhdəsindən daha yaxşı gələcəyinə inanır. Respondentlərin üçdə biri hər iki namizədin bacarıqlarına əmin deyil.
Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin ilk turu keçirilib. Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səs toplayıb. Milli Birlik Partiyasının lideri Marine Le Pen 23,15% səs yığıb. Fransa prezidenti postu uğrunda seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.