Modern.az

XİN başçılarının növbəti görüşü İstanbulda keçiriləcək

XİN başçılarının növbəti görüşü İstanbulda keçiriləcək

Aktual

15 Oktyabr 2022, 22:03

İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının tarixi məlum olub.

Modern.az xəbər verir ki, Dolmabahçe Sarayında keçiriləcək iclas oktyabrın 17-də yerli vaxtla 13:00-da başlayacaq.


İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın xarici işlər nazirləri iştirak edəcək. Təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçılarının da iclasda iştirakı gözlənilir.


Qeyd edək ki, görüş TDT-nin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Zirvə sammitinə hazırlıq məqsədi daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...