Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər.
Modern.az xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib.
“Tez-tez nüvə bombalarının istifadəsi ilə bağlı söhbətləri eşidirik. Allah bizi bu təhlükədən qorusun. Ukrayna hətta NATO-ya üzv olmaq istəyib. Əgər Ukrayna NATO-ya daxil olarsa, müharibə dünya müharibəsinə çevriləcək”, - deyə Berluskoni bildirib.
Akif İsmayılov