Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanicbek Omuraliyevi qəbul edib.
Modern.az-ın xəbərinə görə, bu barədə təşkilat məlumat yayıb.
Baş katib Özbəkistanın türk dünyasının ümumi mənafeyi istiqamətində atdığı addımları və göstərdiyi xidmətləri yüksək qiymətləndirib.
O, Özbəkistanın TDT-yə sədrliyinin qurumun inkişafına töhfə verdiyinə inamını ifadə edib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən TDT-nin gələcək perpsketivləri barədə danışıblar.
Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib.
