Modern.az

Bu il 100 mindən çox ağac tingi əkilib

Bu il 100 mindən çox ağac tingi əkilib

Aktual

26 Yanvar 2023, 18:06

Növbəti meşəbərpa tədbirləri bu gün Sabirabad, Şəki, Qəbələ, Tovuz, Şamaxı, Ağcabədi rayonlarının meşə fondu torpaqlarında aparılıb.

 

Modern.az xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə gün ərzində sözügedən rayonların meşə fondu torpaqlarında 6660 ədəd müxtəlif növ ağac tingi əkilib.

 

"Bu ilin ötən dövrü ərzində Şəki, Qəbələ, Quba, Tovuz, Bərdə, Şamaxı, Şabran, Ağcabədi, Sabirabad, Masallı və Lənkəran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində 100 mindən çox ağac tingi əkilib, 5 tondan çox toxum səpilib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir