Modern.az

Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib

Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib

Aktual

Bu gün, 09:56

Şirkətin rəqəmsal inkişaf modeli “Məsuliyyətli idarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri” kitabında əksini tapıb

 “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya və idarəetmə təcrübəsi dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin “Məsuliyyətli idarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri” (Enlightened Management: Azerbaijan Companies Achieving Positive Impact) adlı kitabda təqdim edilib. 

Bir il ərzində hazırlanan nəşr Azərbaycan şirkət və təşkilatlarının strateji inkişaf və idarəetmə təcrübəsini, nailiyyətlərini və cəmiyyətə verdikləri töhfələri beynəlxalq biznes və akademik auditoriyaya tanıtmaq məqsədi daşıyır.

Azercell-ə həsr olunan fəsildə şirkətin ənənəvi telekommunikasiya operatorundan geniş rəqəmsal xidmətlər portfelinə malik texnologiya şirkətinə transformasiyası, bu prosesin əsasında dayanan strateji qərarlar və idarəetmə yanaşmaları işıqlandırılır. Süni intellektin müştəri xidmətlərinə inteqrasiyası, robotik proseslərin avtomatlaşdırılması (RPA) vasitəsilə əməliyyat səmərəliliyinin artırılması, bulud texnologiyaları əsasında işçi təcrübəsinin təkmilləşdirilməsi, eləcə də “akart” fintek həllinin istifadəyə verilməsi şirkətin rəqəmsal inkişaf strategiyasının konkret nümunələri kimi təqdim olunur. 

“Azercell Telekom” MMC-nin baş icraçı direktoru Zərinə Zeynalova qeyd edib: “Kitabda Azercell-in 2025-ci ilədək rəqəmsal transformasiya sahəsində qazandığı təcrübə əksini tapıb. Bu gün isə biz daha geniş strateji hədəflərlə irəliləyir, süni intellekti fəaliyyətimizin bütün istiqamətlərinə inteqrasiya edən texnologiya şirkətinə çevrilirik. Bu məqsədlə biznes proseslərindən innovativ məhsul və xidmətlərin yaradılmasına qədər bütün fəaliyyətimizi köklü şəkildə yeniləyirik. Biz texnologiyanın əsl dəyərini insanların həyatına gətirdiyi müsbət dəyişikliklərdə, müştərilərin ehtiyaclarını qabaqlayan innovativ həllərdə və açdığı yeni rəqəmsal imkanlarda görürük.

Təcrübəmizi beynəlxalq auditoriya ilə bölüşməklə rəqəmsal transformasiya üzrə qlobal dialoqa töhfə verməyi, eyni zamanda, Azərbaycanın texnoloji imkanlarını və artan innovasiya potensialını dünyaya tanıtmağı hədəfləyirik”.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və layihə iştirakçılarının əməkdaşlığı ilə ərsəyə gələn kitabın müəllifləri Filip Kotler, Tata Tcholaria və Gabriele Carbonidir. Kitaba liderlik üzrə dünya şöhrətli ekspert, “The New York Times”ın bestseller müəllifi Marshall Goldsmith ön söz yazıb.

Kitabın qlobal elektron kitabxanalarda və beynəlxalq təhsil platformalarında yayımlanması nəzərdə tutulur. Nəşrin satışından əldə olunacaq gəlir “Kashalata” və “Rotary Foundation” təşkilatlarının sosial təşəbbüslərinin dəstəklənməsinə yönəldiləcək.

Şirkət bu keysin “Məsuliyyətli İdarəetmə” («Enlightened Management») nəşrində dərcinə müstəsna icazə vermişdir. Müəlliflik və əqli mülkiyyət hüquqları “Azercell Telekom” MMC-də saxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ballistik raketlər işə düşdü - Rusiyadan dəhşətli hücum!