Modern.az

NATO-dan səfirliyimizə hücuma REAKSİYA - Pisləyirik

NATO-dan səfirliyimizə hücuma REAKSİYA - Pisləyirik

Aktual

28 Yanvar 2023, 20:27

NATO Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina özünün "Twitter" səhifəsində yazıb.

 

“NATO dünən Azərbaycanın İrandakı səfirliyinə bir səfirlik əməkdaşının ölümü və ikisinin yaralanması ilə nəticələnən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanların ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk”, - NATO rəsmisi qeyd edib.

 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı