Modern.az

Bizim dilimizdə xarici kəlmələrə ehtiyac yoxdur

Bizim dilimizdə xarici kəlmələrə ehtiyac yoxdur

Aktual

3 Noyabr 2025, 15:10

Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur.

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.

“Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!