Modern.az

Rəşad Nəbiyev ərəb ölkələrinin nümayəndələri ilə görüşdü

Rəşad Nəbiyev ərəb ölkələrinin nümayəndələri ilə görüşdü

Aktual

6 Noyabr 2025, 11:18

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondunun nümayəndə heyətləri ilə görüş keçirib. 

Modern.az xəbər verir ki, görüş zamanı qonaqlara AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planları barədə ətraflı məlumat verilib. 

Xüsusilə telekommunikasiya, rəqəmsallaşma və nəqliyyat sahələrində innovativ layihələrin maliyyələşdirilməsi, beynəlxalq maliyyə resurslarının cəlb olunması, eləcə də bu istiqamətlərdə investisiya təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda birgə əməkdaşlığın gücləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb. 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!