Modern.az

Nazir İslam İnkişaf Bankı rəsmiləri ilə görüşdü

Nazir İslam İnkişaf Bankı rəsmiləri ilə görüşdü

Aktual

6 Noyabr 2025, 11:55

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirib.

Modern.az xəbər verir ki, görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərlə effektiv tərəfdaşlığın qurulması və layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin gələcək əməkdaşlıq üçün imkanların araşdırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdə ölkəmizin təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib.

Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda son illər ərzində rəqəmsallaşma sahəsində görülən işləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...