Modern.az

“Rospatent” Rusiyada “Şirvan” şərabını qeydiyyata almaqdan imtina edib

“Rospatent” Rusiyada “Şirvan” şərabını qeydiyyata almaqdan imtina edib

7 Noyabr 2025, 13:28

“Rospatent” Azərbaycanda “Abrau-Durso” şirkətlər qrupunun bir törəməsi olan “Azabrau” Şərabçılıq şirkətinin ticarət markası olan “Şirvan”ı Rusiya Federasiyasında qeydiyyata almaqdan imtina edib.

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Rospatent” hesab edir ki, Şirvan Azərbaycanın məşhur şərabçılıq bölgəsidir və bu adda ticarət brendinin qeydiyyatı istehlakçıları aldada bilər. Çünki “Azabrau” Şərabçılıq şirkəti Şirvanda deyil, Şəki rayonunun Çələbixan kəndində yerləşir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?