Modern.az

Bakı Metropolitenində yeni təyinat

Bakı Metropolitenində yeni təyinat

Aktual

14 Noyabr 2025, 14:18

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib.

Modern.az xəbər verir ki, QSC sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib.

Qeyd edək ki, Samir Allahverdiyev bundan əvvəl "Umid Babek Operating Company" və "AzərGold" şirkətlərində sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitinin (SƏTƏM) müdiri olub.

Xatırladaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilən Aqil Allahverdiyev oktyabrda karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb. (Mənbə: Qaynarinfo)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV