Modern.az

Kürdəmirdə 8 400 abonent suyu kəsilib

Kürdəmirdə 8 400 abonent suyu kəsilib

Aktual

17 Noyabr 2025, 14:40

Kürdəmir rayonunda Külüllü-Kürdəmir magistral su boru xəttinin partlaması nəticəsində 8 400 abonent susuz qalıb.

Modern.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun 27-km-də, xəttin Topal-Həsənli kəndi ərazisindən keçən hissəsində, diametri 500 mm olan polietilen boruda baş verib.

Hadisə yerinə dərhal Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqmətində zəruri işləri həyata keçirirlər.

Külüllü –Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına çəkilib, rayonun mərkəzində və 6 kəndində 21 000 nəfər əhaliyə xidmət edir. İdarənin rəis müavini Rəfael Hacıyevin sözlərinə görə, hadisəyə səbəb politelin borularda baş verən deformasiyadır. Qəzanın nəticələri günün sonuna qədər aradan qaldırılacaq və əhali içməli su ilə tam təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV